ELM və TƏHSİL sahəsində çalışan əməkdaşlar üçün inşa edilən "Science City" Yaşayış Kompleksi

Hüseyn Cavid pr., 115

Satış ofisi: AMEA., otaq №101

 

 

"Science City" Yaşayış Kompleksi Abşeron rayonu, Saray qəsəbəsində 7 hektar ərazidə inşa edilir və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilən sosial layihədir.
Elm və təhsil sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün nəzərdə tutulmuş kompleks Masazır gölünün yaxınlığında, Bakı şəhərindən 15km, Sumqayıt şəhərindən 3km məsafədə ekoloji təmiz havası olan ərazidə yerləşir. Kompleks ərazisində və ətrafında parkların salınması nəzərdə tutulmuşdur. İnşa edilən binalar 12, 16 mərtəbədən və 1, 2, 3 otaqlı mənzillərdən ibarətdir. Kompleks “Smart City” standartlarına cavab verir. Həmçinin binalar səssiz və sürətli fəaliyyət göstərən liftlər, rəqəmsal ATS, kabel televiziyası, sürətli internet və yeraltı qarajla təmin olunub.
Mənzillərin satışı Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına xüsusi güzəştlərlə nəzərdə tutulub. Layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırılmasıdır.

 

LAYİHƏNİN ÜSTÜNLÜKLƏRİ:

Yerləşdiyi ərazi - Şəhərin səs küyündən uzaq Ekoloji təmiz ərazi və Masazır gölünə açılan geniş mənzərə.

Peşəkar Layihələndirmə - Mənzillərin və daxili bölgülərin rahat, əlverişli və itkisiz planlaşdırılması.
Keyfiyyət – Tikinti işlərinin təcrübəli tikinti şirkətləri tərəfindən, keyfiyyətli materiallardan istifadə olunmaqla inşaat norma və qaydalarına tam əməl edilməklə aparılması.
Sürətli inşaat – Tikinti işlərinin qabaqcadan təsdiq olunmuş tikinti qrafikinə uyğun aparılması və bütün işlərin planlaşdırılan tarixlərdə təhvil verilməsi.
Xidmət - Layihə ərazisində yaşayışın yüksək səviyyədə təmin edilməsi və istirahət üçün baza ehtiyacların nəzərə alınması.
Ödəmə üsulu – Mənzillər nağd satışla yanaşı, eyni zamanda, 10%, 20% , 30% ilkin ödənişlə və 24, 30, 36 ayadək faizsiz kreditlə təklif olunması.

 

Style Selector

Layout Style

Background Image